Hitlerin telefonu 240 min dollara satılıb

Hitlerin telefonu 240 min dollara satılıb
20 Fevral 2017
Mətni dəyiş
2-ci Dünya Müharibəsində istifadə olunan və milyonlarla insanın ölüm əmrinin verildiyi qırmızı telefon, Hitlerin intihar etdiyi sığınacaqda tapılmışdı. 
Abzas.net xəbər verir ki, faşist liderə məxsus həmin telefon aparatı bazar günü ABŞ-ın Çesapik-Siti şəhərində keçirilən hərracda 240 min dollara satılıb.
Bu barədə KİV-ə "Alexander Historical Auctions" hərrac evinin nümayənədəsi Andreas Kornfild məlumat verib.
Aparatı alan şəxsin adı isə açıqlanmayıb.
Telefonu satışa 1977-ci ildə vəfat etmiş Britaniya siyatətçisi və hərbçisi Ralf Reynerin nəvələri çıxarıb.
Telefon, Almaniyanın təslim olmasından sonra Sovet əsgərləri tərəfindən İngilis zabit Ralf Raynera hədiyyə edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun