İngiltərədən İranla bağlı nüvə açıqlaması

İngiltərədən İranla bağlı nüvə açıqlaması
12 Fevral 2017
Mətni dəyiş
"İranla razılaşmanın əsasən müsbət olduğunu düşünürəm".
Abzas.net xəbər verir ki, İran rəsmi xəbər agentliyi IRNA, İngiltərə Xarici İşlər Nazirliyi Orta şərqdən məsul Dövlət naziri Tobias Ellwood ilə reallaşdırdığı reportajda nüvə anlaşmasına dair fikirlərini soruşub.
Ellwood nüvə anlaşmasına dair fikirlərinin dəyişmədiyini, müqaviləyə müsbət yanaşdıqlarını qeyd edib. Ellwood, "Bu razılaşmanın İranın beynəlxalq ictimaiyyət ilə yeni dövrə girməsi üçün bir fürsət olduğunu düşünürük və bütün ölkələrin nüvə müqaviləsini dəstəkləyəcəyini ümid edirik. Tehranda bir neçə həftə əvvəl səfərdə oldum və çox yaxşı şəkildə qarşılandım, iki ölkə arasında inkişafı güdən razılaşmalar və ticarət müqavilələri üçün mövcud bir çox imkan üzərində çalışırıq. Hələ öhdəsindən gəlməli olduğumuz məsələlər var, sanksiyaların, bankların işinə maneə törədən ya da iş görmələrinə mənfi təsir göstərən mövzuların həll edilməsi lazımdır. Airbus-ın ilk satışı isə ticarətin həqiqətən mümkün olduğunu göstərir" açıqlamalarını edib.
Ellwood ABŞ-ın nüvə razılaşması ilə bağlı mövqeyini dəstəkləyib - dəstəkləməyəcəkləininə dair suala, "Bizim bu müqavilədə öz mövqeyimiz var və bu çox açıqdır, bu razılaşmanın müsbət olduğunu düşünürük" cavabını verərkən, ABŞ-ın İrana qarşı yeni sanksiya cəhdlərinə dair Birləşmiş Millətlər Təşkilatının (BMT) qiymətləndirmələrini gözləyəcəklərini ifadə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun