Bir çox insan üçün heyrətamiz təbiət hadisəsi olan "Qütb parıltısı" İslandiyada yol qəzalarına səbəb ola bilir.
Abzas.net xəbər verir ki, İslandiyada polis maşından istifadə edən şəxsləri sürücülük əsnasında "Qütb parıltısı"-na baxmamaq mövzusunda xəbərdarlıq edib.
Ötən həftə yaşanan iki hadisədə polis, maşınlardan balanssız istifadənı təsbit etdiyi iki sürücünü spirtli içkidən istifadə etdiyi şübhəsiylə dayandırıb.
Lakin iki hadisədə da sürücülər "Aurora Borealis" yəni "Qütb parıltısı"-nı izlərkən, fikrə getdiklərini ifadə ediblər.
İlk hadisə paytaxt Reykjavik-də hava limanına yaxın ərazidə baş verib. Polis hesabatlarına görə, sürücü ifadəsində Qütb parıltısı-nı gördükdən sonra izləməkdən doymadığını açıqlayıb.
İkinci hadisədə isə sürücü eyni şəkildə gözlərini ala bilmədiyini və yoldan çıxdığını deyib.
Ötən ilin sentyabr ayında İslandiya, paytaxt Reykjavik-də insanların "Qütb parıltısı"-nı izləyə bilməsi üçün şəhərdəki küçə lampalarını söndürmüşdü.
Qeyd edək ki, Qütb parıltısı Günəşin fəaliyyəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionların Yerin maqnit sahəsinə daxil olması hadisəsidir. Yerin maqnit sahəsinə daxil olan elektronlar Lorens qüvvəsinin təsiri nəticəsində qütblərə doğru hərəkət edir və qütb oblastlarında toplanır. Qütblərə toplanan belə yüklərin təsirindən hava atomları ionlaşır və "həyacanlanır". Bunun nəticəsində də Qütb parıltısı əmələ gəlir.
Bu maraqlı görüntülərə İslandiya, Rusiya, Kanada, Norveç kimi bir çox ölkədə rastlanır.