İsveç höküməti nümayəndələrinin İranda hicab geyməsini müdafiə edib

İsveç höküməti nümayəndələrinin İranda hicab geyməsini müdafiə edib
14 Fevral 2017
Mətni dəyiş
Özünü "dünyanın ilk feminist hökuməti" olaraq tanıdan İsveç hökuməti, İran səfərində İsveçli nümayəndələrin hicab geyməsini müdafiə edərək, "Bunu etməmək, qanunları tapdalamaq mənasına gələcəkdi" açıqlamasını edib.
İsveç Ticarət naziri Ann Linde-nin ötən həftə İrana etdiyi səfər zamanı hicab taxması müzakirələrə səbəb olmuşdu.
Sputnik agentliyi xəbər verir ki, öncül İranlı qadın hüquqları müdafiəçiləri və İsveçli siyasətçilər, dünyanın ilk "feminist hökuməti" olduğunu irəli sürən İsveç hökumətini tənqid edənlər sırasında idi.
Liberal Partiyanın lideri Jan Björklund İsveç hökumətinin qərarını, "feminist xarici siyasət"-ə zərər verdiyini ifadə edib və İranda qadınların qanunlar vasitəsilə təzyiqə məruz qaldığını söyləyib. Björklund əlavə olaraq, hökumətin feminist nümayəndələrinin hicab geymək məcburiyyətində qalmaması lazım olduğunu, bunun bir zərurət olduğu halda isə, ticarət müqavilələrinin İsveçdə ya da üçüncü ölkədə imzalana biləcəyini bildirib.
Ticarət naziri Linde isə, Aftonbladet qəzetinə verdiyi şərhdə, İrandakı qanunları tapdalamaq istəmədiyini söyləyib. Geriyə qalan tək variantın, tamamilə kişilərdən ibarət nümayəndə heyəti göndərmək olduğunu söyləyən Linde, bunun yerinə hicab taxma qərarı aldəğını açıqlayıb.
İsveç baş naziri Stefan Lofven də İran Dövlət Başçısı Həsən Ruhani ilə danışığı zamanı insan hüquqları mövzularından bəhs edildiyini vurğulayıb.
İranlı jurnalist və aktivist Masih Alinejad sosial şəbəkədə iki müxtəlif fotonu yan-yana qoyaraq, İsveç hökumətini tənqid edib. Fotolardan birində, isveçli baş nazir müavini Isabella Lovin-in feminist iş yoldaşlarıyla görüntüsü yer alır. İkinci fotoda isə Ruhani ilə salamlaşan İsveç hökuməti nümayəndələrinin hicab taxdığı görünür. İlk foto Trump-ın kişi komanda yoldaşlarıyla çəkdirdiyi şəkillərə ithafən İsveçin "feminist" hökumətinin mesajını ehtiva edir. Alinejad ikinci fotoda, "kişilərin daha bərabər və daha əhəmiyyətli olduğunun göstərildiyini" yazıb.
Jurnalist Alinejad İsveç hökumətinin İrandakı bərabərsizliyi qınamasının lazım olduğunu söyləyib: "Əgər feministsizsə və bərabərlikdən danışırsızsa, bərabərsizliklə apardığınız mübarizəni hər yerdə davam etdirməlisiz".
İsveç hökuməti isə xarici siyasət baxımından qadın və kişi bərabərliyinin təməl hədəflərdən olduğunu müdafiə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun