10 Fevral 2017
Mətni dəyiş
Rusiya prezidenti Vladimir Putinin mətbuat müşaviri Dmitri Peskov rus təyyarələrinin Suriyadakı əməliyyatlar əsnasında Türkiyənin verdiyi koordinatlara uyduğunu qeyd edib.
Abzas.net xəbər verir ki, Peskov mövzuyla əlaqədar açıqlama verib. Kremlin mətbuat katibi bildirib ki, müzakirəyə yol açacaq bir vəziyyət yoxdur:
"Bildiyiniz kimi, prezidentimiz yaşananlardan ötəri həm başsağlığı dilədi, həm də kədərini dilə gətirdi. Silahlı Qüvvələrin Baş Qərargah rəislərinin ortaq əməliyyatlar əsnasında koordinasiya mexanizminin reallaşdırılması üçün təcili tədbir alınmasına dair razılaşmaları çox əhəmiyyətlidir. Təəssüf ki, vəziyyət ortadadır. Əsgərlərimiz terroristlərə qarşı təşkil etdikləri əməliyyat əsnasında Türk partnerlerimizin bizə verdikləri koordinatlara görə hərəkət edirdilər. Bu koordinatlar içərisində türk əsgərlərinin olmaması lazım idi. Buna görə belə bir hadisə meydana gəldi".
Peskov, koordinasiya mexanizminin həyata keçirilməsinin gələcəkdə bu cür hadisələrdən qaçınılmasına səbəb olacağının vurğulayıb.
Bu hadisənin Rusiyaya səhv koordinatlar verən Türkiyənin səhvi olub-olmadığı sualına Peskov, "Bu koordinatların təsdiqlənməsi ilə əlaqədardır" şəklində cavab verib.