19 Fevral 2017
Mətni dəyiş
Livan prezidenti Michel Aoun, İsrailin Livanın müstəqilliyinə qarşı bütün cəhdlərinə "lazımlı qarşılıq veriləcəyini" söyləyib.
İsrailin Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndəsi Dany Dannon-un BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) çərşənbə axşamı günü etdiyi çıxışda, "Hizbullah-ın Livanda yer altında sahib olduğu raketlərin sayı, Avropa və NATO-nun yer üstündə sahib olduğu raketlərdən daha çoxdur" sözlərinə, Livan prezidentindən cavab gəlib.
Açıqlamaya görə, prezident Aoun, Dannon-u "Livanı hədəf alan təhdid" şəklində xarakterizə edərək, beynəlxalq cəmiyyəti İsrailin ölkəsinə "təcavüzkar niyyətlərinə qarşı ayıq-sayıq olmağa" çağırıb.
Aoun-un açıqlamasında bu ifadələrinə yer verilib:
"Birləşmiş Millətlər Təşkilatına və Cənubi Livanda fəaliyyət göstərən Birləşmiş Millətlər Livan Beynəlxalq Sülh Qüvvələrinə (UNIFIL) bağlı Livan, İsrailin BMT-yə mesajını Livanın təhlükəsizliyinə qarşı açıq təhdid olaraq görməkdədir. Livanın müstəqilliyini hədəfləyən və ya livanlıları riskə atan bütün cəhdlər lazımlı cavabını alacaq".