20 Fevral 2017
Mətni dəyiş
Liviyanın Baş naziri Fayez əs-Sərracın korteji Tripolidə naməlum şəxslər tərəfindən atəşə tutulub.
Report-un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, hadisə zamanı 2 mühafizəçi yaralanıb.
Kortejdə baş nazir, eləcə də Ali Dövlət Şurasının sədri və prezident mühafizəsinin rəhbəri olub. Baş nazirin vəziyyti barədə məlumat verilmir.