"Mətbuat azadlığını boğmaq diktatorluğun başlanğıcıdır"

"Mətbuat azadlığını boğmaq diktatorluğun başlanğıcıdır"
20 Fevral 2017
Mətni dəyiş
Respublikaçı senator John McCain prezident Trump-ın mətbuata hücumunu tənqid edərək, mətbuat azadlığını boğmağın diktatorluğun başlanğıcı adlandırıb.
Arizonalı senator bunları ABŞ dövlət başçısının Twitter hesabında medianı “Amerika xalqının düşməni” adlandırmasına cavab olaraq bildirib.
McCain deyib ki, İkinci Dünya Müharibəsindən sonra əldə edilən beynəlxalq qanun azad mətbuatın təsisinə xidmət etmişdi. NBC-nin “Meet the Press” proqramına müsahibəsi zamanı senator deyib ki, o mediaya nifrət edir. Əl-əlxüsus da NBC-yə.
“Lakin fakt odur ki, bizim sizə ehtiyacımız var. Bizə media lazımdır və bu, həyati bir məsələdir” - deyə McCain bildirib.
“Onlar mətbuatı boğmağa başlayıb. Başqa sözlə bu, hakimiyyətin bir əldə cəmləşməsi deməkdir. Tarixə nəzər salsaq, diktatorların ilk növbədə mətbuatı bağladığını görərik. Mən prezident Trump-ın diktator olduğunu demək istəmirəm. Onu demək istəyirəm ki, tarixdən dərs almalıyıq”, - McCain bildirib.
ABŞ prezidenti Donald Trump yenidən "yalançı media" adlandırdığı bəzi kütləvi informasiya vasitələrini hədəf alıb.
Bu haqda Trump həftəsonunu keçirdiyi Floridanın Melborn şəhərində danışıb: "Media insanlara yalan söylədiyində yaxalarını kənara çəkmələrinə imkan verməyəcəyəm".
Bu arada Trump əleyhinə etirazlar da davam edir. Paytaxt Vaşinqton da daxil olmaqla, ABŞ-ın bir neçə şəhərində miqrantların işlədiyi restoran və digər xidmət sahələrində "Miqrantsız bir gün" adı altında boykot aksiyaları baş tutub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun