14 Fevral 2017
Mətni dəyiş
Fransa milli komandasının və "Manchester United" klubunun hücumçusu Anthony Martial vuracağı növbəti qol ilə ingilis klubunu 10 milyon avro ziyana salacaq.
Abzas.net xəbər verir ki, 50 milyon avro qarşılığında "Monaco"-dan "qırmızı şeytanlar"a keçidi baş tutan 22 yaşlı futbolçunun müqaviləsindəki bəndə görə, Martial növbəti qolunu vurduqdan sonra "Manchester" şəhərinin təmsilçiləri fransızlara 10 milyon avro ödəməli olacaq.
Müqavilədə bir sıra bonuslar nəzərdə tutulub ki, onlardan biri də Martial-ın "Manchester United"in heyətində 25 qol vuracağı halda, İngiltərə klubunun "Monaco"ya 10 milyon avro bonus ödəməsidir.
Bundan əlavə, gənc gutbolçu Fransa milli komandasının heyətində 25 matçda forma geyərsə və "Qızıl top" mükafatına namizədlərin "Top-10"una düşərsə ingilislər əlavə 10 milyon avro xərcə düşəcək.
Qeyd edək ki, Anthony Martial fevralın 11-də "Watford"la görüşün 60-cı dəqiqəsində fərqlənməklə, komandasının heyətində 24-cü qolunu vurub.