18 Fevral 2017
Mətni dəyiş
Çinin "Sino-Europe Sports" konsorsiumu İtaliyanın "Milan" futbol klubunun əldə olunması şərtlərini razılaşdırıb.
Report-un "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, çinlilər klubun səhmlərinin 99,9 faizini satın almaq niyyətindədir.
Daha əvvəl sövdələşmə məbləğinin 320 milyon avro təşkil edəcəyi bildirilirdi.
Qeyd edək ki, hazırda "Milan" A Seriyasında 24 oyundan 41 xalla 7-ci pillədə qərarlaşıb.