Neymar məhkəmə qarşısına çıxacaq

Neymar məhkəmə qarşısına çıxacaq
21 Fevral 2017
Mətni dəyiş
Barselonanın Braziliyalı hücumçusu Neymarın apellyasiya şikayəti rədd edilib. O, dələduzluq ittihamı ilə məhkəmə qarşısına çıxacaq. 
Bu barədə ESPN məlumat verir.
Oyunçunun üzərində hüquq sahibi olan DIS investisiya fondu,  2013-cü ilin yayında futbolçunun "Barselona" klubuna transferinə görə nəzərdə tutulan məbləğin ödənmədiyi üçün Neymarı cəzalandırmağı tələb edir.
Razılaşmanın ümumi məbləğinin 57 mln avro təşkil etdiyi bildirilsə də sonradan transferin daha çox baha başa gəldiyi məlum olub.
İş üzrə təqsirləndirilənlərə "Barselona", "Santos" və Neymarın atasının sahibi olduğu şirkət də daxildir.
Prokuror futbolçu üçün 2 ilə qədər həbs və 10 mln avro dəyərində cərimə tələb edir. Neymarın keçmiş və indiki klubu isə 15 mln avro dəyərində cərimələndirilə bilər.
"Barselona"nın tərkibində Neymar İspaniyanın ikqat çempionu və Çempionlar liqasının 2014/2015-ci il sezonunun qalibi olub.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun