Panama sənədləri: Mossack Fonseca firmasının qurucuları həbs ediliblər

Panama sənədləri: Mossack Fonseca firmasının qurucuları həbs ediliblər
12 Fevral 2017
Mətni dəyiş
Panama prokurorları bu ölkədə məşhur hüquq firması Mossack Fonseca-nın iki yaradıcısını həbs ediblər.
Bu firma 72 hazırkı və ya keçmiş dövlət başçısı da daxil, dünya üzrə minlərlə rüşvətxor məmur və siyasətçi üçün ofşor şirkətləri yaratdığına görə qlobal qalmaqala səbəb olmuşdu.
"Azadlıq Radiosu" xəbər verir ki, Mossack Fonseca firmasından sızdırılmış milyonlarla email-in arasından Rusiya, Qazaxıstan və Azərbaycan liderlərinin ailələrinə və yaxın çevrələrinə daxil adamların adları faş olunub.
[caption id="attachment_24132" align="alignnone" width="650"] Ramon Fonseca - Mossack Fonseca firmasını yaradanlardan biri[/caption]
Lakin Mossack Fonseca partnyorlarının həbsinə səbəb Braziliyanın Odebrecht tikinti şirkətinin müxtəlif ölkələrin rəhbərlərinə və yüksək vəzifəli məmurlarına milyonlarla dollar rüşvət verməsi üçün ofşor hesabların yaradıldığının üzə çıxması olub.
Əslində sözü gedən tikintişirkəti məsuliyyətinin yüngülləşdirilməsi şərti ilə bütün rüşvət verdiyi subyektlərin adlarını ABŞ Ədliyyə Nazirliyinə təqdim edib.
Heç kəs unudulmayıb, heç nə yaddan çıxmayıb...
Xəbər verilir ki, Mossack Fonseca firmasının iki təsisçisinin - Jürgen Mossack və Ramón Fonseca-nın məhkəməyədək zaminə buraxılmasına icazə verilməyib.
Odebrecht Cənubi Amerikanın ən böyük tikinti şirkətidir və uzun müddət Braziliya dövlət neft şirkəti Petrobras-ın kontraktçısı olub.
2015-ci ilin yayında Odebrecht tikinti şirkətinin prezidenti Marcel Odebrecht Braziliyanın federal polisi tərəfindən həbs edilmişdi.
[caption id="attachment_24133" align="alignnone" width="650"] Panama sənədlərinin arasından Əliyevlərə aid olanları da çıxmışdı[/caption]
2016-cı ildə o korrupsiya və çirkli pulların yuyulmasında təqsirli bilinib və 19 il müddətinə azadlıqdan məhrum edilib.
Marcel Odebredht etiraf edib ki, o bütün Latın Amerikası boyunca yüksək vəzifəlilərə 800 milyon dollar rüşvət verib.
2016-cı ildə dünyanın ən böyük media qurumlarından bəziləri Mossack Fonseca-nın serverlərindən sızdırılmış milyonlarla sənədi dərc edib.
İndiyədək əksər beynəlxalqkorrupsiyaçılar məsuliyyətdən kənarda qala biliblər. Bu ilk növbədə sənədlərdə adları faş edilənlərin böyük əksəriyyətin siyasi hakimiyyətdə olması ilə bağlıdır.
Son vaxtlar bir sıra antikorrupsiya fəalları Panama sənədlərinin tədricən unudulmasından və ya arxa plana keçməsindən narahatlıq ifadə edirdi.
Lakin göründüyü kimi Panama sənədləri 2017-ci ildə də gündəlikdə olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun