12 Fevral 2017
Mətni dəyiş
Parisin şimalındakı bir şəhər ətrafında, şəxsiyyət vəsiqəsinin yoxlanışı əsnasında polislərin göstərdiyi şiddət etiraza səbəb olub.
Bobigny Məhkəməsi qarşısında toplanan yüzlərlə insan polislərin Theo adlı gəncə göstərdiyi cinsi hücumu etiraz edib. Etirazçılar "Theo üçün ədalət", "Onun üçün həmrəyik", "Polislərin qurbanı olmayacağıq", "Polis günahsızları öldürür" yazılı plakatlar daşıyaraq sərt reaksiyalarını dilə gətirib.
"Anadolu Agentliyi" xəbər verir ki, axşam saatlarına doğru polislə nümayişçilər arasında qarşıdurma çıxıb. Bəzi nümayişçilər RTL radiosuna aid minik maşını və yolda dayanan yük maşınını yandırıb. Molotov kokteyli atan etirazçılar yaxınlıqdakı restoranı yerlə bir edib.
Theo adlı 22 yaşlı gəncin 60 gün iş görə bilməz arayışı aldığı hücumla bağlı 4 polis işdən çıxarılmış, polislərdən biri haqqında "cinsi hücum", digərləri üçün isə "qəsdən şiddət" maddələri ilə istintaq başladılıb.
Prezident Fransua Hollande Theo-nu xəstəxanada ziyarət edərək, məsul şəxslərin layiq olduqları cəzaya məruz qalacaqlarını açıqlayıb.
Bobigny Məhkəməsi isə əvvəlki gün cinsi hücum etməkdə günahlandırılan polisləri etiraz üçün təşkil edilən nümayişlərdə çıxan hadisələrlə əlaqədar mühakimə olunan iki gənci 6 ay həbsə məhkum edib.