19 Fevral 2017
Mətni dəyiş
Ukrayna prezidenti Petro Poroshenko ilə ABŞ vitse-prezidenti Mike Pence arasındakı görüşdə Ukraynadakı son olaylarla bağlı ətraflı şəkildə müzakirələr aparılıb.
Abzas.net xəbər verir ki, Ağ Evdən edilən açıqlamaya görə, Şərqi Ukraynada şiddət hadisələrinin artmasından narahatlıq duyduğunu ifadə edən Pence, atəşkəsin ən qısa zamanda əldə edilməsinin vacibliyini vurğulayıb.
ABŞ-ın, Ukraynanın müstəqilliyini, ərazi bütövlüyünü və öz gələcəyini təyin etmə haqqını dəstəklədiyini ifadə edən Pence, "Rusiyanın Krım işğalını heç bir şəkildə tanımayacaqlarını" bildirib.
Bu çərçivədə Minsk müqaviləsinin tam olaraq həyata keçirilməsi üçün ABŞ-ın dəstək verməyə davam edəcəyini qeyd edən Pence, iki ölkə arasındakı iş birliyinin artırılması üçün də müxtəlif sahələrdə müzakirələrdə olduqlarını söyləyib.