3 Fevral 2017
Mətni dəyiş
“Qarabağ” ciddi itki ilə üzləşib.
Ağdam klubunun kapitanı Rəşad Sadıqovun əzələsi dartıldığı üçün futbolçu 10-14 gün müddətinə sıradan çıxıb. Bu səbəbdən futbolçunun adı bu gün AZAL-a qarşı keçiriləcək Premyer Liqanın 16-cı turunun oyununun iştirakçıları sırasına salınmayıb.
“Qarabağ”ın mətbuat xidmətindən Qol.az-a verilən açıqlamada məlumatı təsdiqləyiblər.
Bildirilib ki, futbolçu hələ Antalyadakı təlim-məşq toplanışı zamanı zədə alıb. Ötən həftə “Neftçi” ilə Premyeq Liqa oyunundan sonra isə ağrılar daha da artıb. Rəşadın iki həftəyə yaxın yaşıl meydanlardan uzaq qalacağı qeyd edilib.