11 Fevral 2017
Mətni dəyiş
Litvada turizm tanıtımı üçün istifadə edilən fotoların başqa ölkələrə aid olmasının üzə çıxmasından sonra Turizm Dairəsi rəhbəri istefa verib.
Finlandiya və Slovakiyaya aid kadrların yer aldığı bu sosial şəbəkə kampaniyası, "Gerçək Gözəldir" adını daşıyırdı.
"CNN Türk" xəbər verir ki, hadisənin ortaya çıxmasından sonra Turizm Dairəsi rəhbəri Jurgita Kazlauskiene istefasını açıqlayarkən, quruluşdan verilən elanda, digər ölkələrə aid fotoların, "əyləncə məqsədi ilə" paylaşıldığı bildirilib.
Bu müdafiə isə Litvada sosial şəbəkə istifadəçiləri arasında gülüş obyektinə çevrilib.
Bir çox insan sosial şəbəkə hesablarından başqa ölkələrə aid simvol yerləri paylaşaraq, #litva və #gerçəkgözəldir etiketlərindən istifadə edib.
Ölkənin baş naziri Saulius Skvernelis belə zarafatlara qoşularaq, Avropa Komissiyasının Brüsseldəki binasının fotosunu, "Yeni Litva Hökumət binası" olaraq paylaşıb.
Xatırladaq ki, Litva ötən oktyabr ayında başlatdığı "Gerçək Gözəldir" adlı turizm kampaniyası ilə sahillərinə və meşəlik sahələrinə turist çəkməyi hədəfləyirdi.