18 Fevral 2017
Mətni dəyiş
Rusiya xarici işlər naziri Sergey Lavrov 53-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində NATO-nun baş katibi Jens Stoltenberg ilə görüşüb.
Abzas.net xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Lavrov və Stoltenberg, Rusiya-NATO əlaqələrinin mövcud vəziyyəti və gələcəyi haqqında müzakirələr aparıb.
Tərəflər beynəlxalq cəmiyyətin və Avropanın gündəmindəki müxtəlif aktual mövzular haqqında da fikir mübadiləsi edib.