12 Fevral 2017
Mətni dəyiş
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketin buraxılışını sınaqdan keçirib.
Abzas.net "Agence France-Presse" agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrin qərargah rəislərinin birləşdirilmiş komitəsinin məlumatında bildirib.
Tipi məlum olmayan və Şimali Koreyanın Phonan-Pukto əyalətindəki kosmodromdan buraxılan raketin uçuş trayektoriyası hələlik müəyyən edilməyib.
Sınağın ABŞ prezidenti Trump ilə Yaponiya Baş nazirinin görüşü ilə eyni günə bərabər gəlməsi xüsusən diqqət çəkib.