15 Fevral 2017
Mətni dəyiş
ABŞ xarici işlər naziri Rex Tillerson-un ilk xarici səfərini G-20 Xarici İşlər Nazirləri iclasına qatılmaq üçün Almaniyaya edəcəyi açıqlanıb.
"Anadolu Agentliyi" xəbər verir ki, nazirliyin müvəqqəti sözçüsü Mark Toner tərəfindən edilən yazılı açıqlamada, Tillerson-un 15 və 17 fevral tarixləri arasında baş tutacaq G-20 Xarici İşlər Nazirləri iclasına qatılmaq üçün Almaniyanın Bonn şəhərinə gedəcəyi bildirilib.
Açıqlamada, Tillerson-un edəcəyi bu səfərin xarici işlər naziri olaraq ilk rəsmi səfəri olacağı qeyd edilib.
Tillerson-un iclasda ikitərəfli danışıqlar aparacağı ifadə edilən şərhdə, "Nazir Tillerson İngiltərə, Səudiyyə Ərəbistanı, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatının nümayəndələri Yəməndəki vəziyyətlə bağlı mövzunu müzakirə edəcəklər" ifadəsinə yer verilib.