Trump: "İran bir nömrəli terror dövlətidir"

Trump: "İran bir nömrəli terror dövlətidir"
6 Fevral 2017
Mətni dəyiş
ABŞ prezidenti Donald Trump bildirib ki, İran ABŞ-a "qətiyyən hörmət qoymur" və o, "bir nömrəli terror dövlətidir".
"Report" xəbər verir ki, bunu o "Fox News" telekanalına müsahibəsində deyib.
"İran bizim ölkəmizə qətiyyən hörmət etmir. O, bir nömrəli terror dövlətidir. O, silahlanmaya pul yatırır", — deyə Trump əlavə edib.
ABŞ prezidenti İslam Respublikasına qarşı sanksiyalar mövqeyindən hərəkət edəcəyinə vəd verib və əlavə edib ki, ABŞ "artıq bunu etməyə başlayıb".
O öz hərəkətləri barədə əvvəlcədən xəbərdarlıq etməyəcəyini bildirib. Trampın sözlərinə görə, o, xələfi Barack Obamanı həmişə "Mosula və ya digər dövlətlərə qoşun çıxaracağı barədə əvvəlcədən xəbər verdiyinə" görə tənqid edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun