10 Fevral 2017
Mətni dəyiş
ABŞ prezidenti Donald Trump və Çin Xalq Respublikasının sədri Xin Jinpinglə keçən gecə telefon danışığı baş tutub.
Abzas.net xəbər verir ki, Türkiyə mətbuatı bu barədə Ağ Evin açıqlama yaydığını bildirib.
Məlumatda qeyd edilir ki, D.Trump Xi Jinping-lə söhbət zamanı “Vahid Çin" siyasətinə hörmətlə yanaşacağını bildirib.
Açıqlamada həmçinin qeyd olunur ki, “telefon danışığı davamlı və çox səmimi” olub.
“Ölkə liderləri bir sıra məsələləri müzakirə ediblər. Prezident Trump, Çin rəhbərinin xahişi ilə "Vahid Çin" siyasətinə hörmətlə yanaşmağa razılaşıb”, - deyə məlumatda bildirir.
Qeyd edək ki, ABŞ və Çin liderləri arasında telefon danışığından əvvəl, Donald Trump vəzifəyə başlaması ilə özünü təbdrik edən Xi Jinping-ə təşəkkür məktubu göndərmişdi.