Trump medianı xalq düşməni adlandırıb

Trump medianı xalq düşməni adlandırıb
18 Fevral 2017
Mətni dəyiş
ABŞ prezidenti Donald Trump NBC, ABC, CBS, CNN televiziya şirkətlərini və The New York Times qəzetini amerikan xalqının düşməni adlandırıb.
Bu barədə o özünün Twitter hesabında yazıb.
"Yalan xəbər KİV-ləri (The New York Times, NBC, ABC, CBS, CNN) mənim düşmənim deyil, onlar amerikan xalqının düşmənidir".
Fevralın 16-da baş tutan mətbuat konfransında CNN müxbirinin Michael Flynn-in istefası barədə sualına cavabında Trump telekanalı yanlış məlumat yaymaqda ittiham edib. Bundan başqa o KİV-ləri administrasiyasının fəaliyyətinin müsbət nəticələri barədə susmasını irad tutub. "Mən televizoru açıram, qəzetlərə baxıram və görürəm ki, bizim işimizi xaos kimi qələmə verirlər. Əslində isə hər şey əksinədir", - deyə o bildirib.
Fevralın 13-də Michael Flynn Milli Təhlükəsizlik üzrə məsləhətçisi postundan istefa edərək, bu barədə  vitse-prezident Michael Pence və Ağ evin digər nümayəndələrini Rusiya səfiri Seygey Kislyakovla danışıqları barədə tam məlumatlandırdığını bildirib. Trump isə verilən ərizəni imzalayıb.
Sonradan Daily Caller-ə müsahibə verən Flynn, səfirlə sanksiyaları deyil, ABŞ-dan 35 rus diplomatın göndərilməsini müzakirə etdiyini bildirib. Bundan başqa, KİV-ə siyasətçilərin danışıqlarının sızmasından narahat olduğunu qeyd edib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun