Trump-ın təhlükəsizlik müşaviri istefa verib

Trump-ın təhlükəsizlik müşaviri istefa verib
14 Fevral 2017
Mətni dəyiş
Donald Trump-ın Ağ Evdəki 3-cü həftəsində Rusiya qaynaqlı erkən istefa yaşanıb.
Ağ evin mili təhlükəsizlik məsələləri üzrə müşaviri Michael Flynn istefaya gedib. Flynn bu qərarı, Rusiyanın Washington səfiri Sergey İvanoviç Kislyak ilə etdiyi telefon danışığına dair iddialardan sonra verib.
Abzas.net xəbər verir ki, NTV-də yer alan məlumata görə, Flynn-in, vəzifəyə başlamadan əvvəl Rusiyanın ABŞ-dakı səfəiri ilə sanksiyaların aradan qaldırılması mövzusunda danışdığı iddia edilmiş, Trump rəhbərliyindən mövzuyla əlaqədar ziddiyyətli şərhlər gəlmişdi.
İraq və Suriyada müxtəlif vəzifələrdə olan və bu səbəblə Yaxın Şərqi çox yaxşı bilən Flynn, Turmp-ın ABŞ xaricində atacağı bütün addımları dizayn edəcək şəxs idi.
Obama tərəfindən vəzifədən alınan Flynn, yenə Obama dövründə 35 rus diplomatın deportasiya edilmə qərarı alındığı gün, Rusiyanın Washington səfiri ilə 5 dəfə telefonla danışmışdı. Bu görüşün məzmunu həmin vaxt ABŞ ictimaiyyəti ilə paylaşılmamış və Obamanın atdığı addımların danışılmadığı məlumatı verilmişdi.
Ancaq media hadisənin üzərinə gedincə, əks istiqamətdə şərhlər gəldi. Flynn-in ABŞ-ın vites prezidenti Mike Pence-ə də görüşün məzmunuyla əlaqədar yalan söylədiyi ortaya çıxınca, böhran istefayla nəticələndi.
Ağ ev milli təhlükəsizlik müşaviri vəzifəsinə, hələlik, təqaüddə olan general Keith Kellogg-un təyin edildiyini bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun