14 Fevral 2017
Mətni dəyiş
Virginia Şərqi Region Məhkəməsinin federal hakimi Brinkema, Trump-ın 7 müsəlman ölkəsinə istiqamətli viza qadağasını ABŞ Konstitusiyasına zidd olduğu səbəbi ilə ləğv edib.
Abzas.net xəbər verir ki, hakim Leonie Brinkema-nın verdiyi qərarda, viza qadağasının Amerika Konstitusiyasının birinci və beşinci maddələrinə zidd olduğu, Virginia xalqı və təşkilatlarına "təmiri mümkün olmayan zərərlər" verdiyi vurğulanıb.
Hakim qərarında, "Qərarın konstitusiyaya əks olan fəaliyyətlərini əngəlləmək ictimaiyyət xeyrinədir" ifadəsinə yer verib.
Qərarı "tarixi" olaraq xarakterizə edən Virginia-nın baş prokuroru Mark Herring isə Trump-ın fərmanının müsəlmanlara qarşı ayrı-seçkilik olduğunu qeyd edib.
Müsəlman ölkələrdən bəzi tələbələrin Virginia universitetlərindən özləri ilə bağlı məlumatları sildirdiyini deyən Herring, ştatın ali orqanlarının təhsil ödənişlərində 20 milyon dollara yaxın zərər etdiyini bildirib.
Herring, "Virginia-da yüzlərlə, bəlkə minlərlə insan bu qadağandan təsirləndi, çünki ayrılsalar vizalarının ləğv ediləcəyini düşünürlər və bu da bizim üçün gerçək zərərdir" qiymətləndirməsini edib.