Trumpın milli təhlükəsizlik məsələləri üzrə yeni müşaviri : McMasteri

Trumpın milli təhlükəsizlik məsələləri üzrə yeni müşaviri : McMasteri
21 Fevral 2017
Mətni dəyiş
Bazar ertəsi prezident Donald Trump təhlükəsizlik məsələləri üzrə yeni müşaviri olaraq ABŞ ordusunun general leytenantı Herbert Raymond McMasteri təyin edib.
Trump McMasteri “böyük istedad və təcrübəyə sahib insan” adlandırıb.
54 yaşlı West Point məzunu milli təhlükəsizlik müşaviri olaraq Maykl Flinni əvəz edir. Trump keçmiş ordu generalı Flinni bir ay öncə, Trump adminstrasiyası hakimiyyətə gəlmədən əvvəl, Rusiya səfiri ilə telefon danışıqları ilə bağlı vise-prezident Mayk Pensə yanlış məlumat verdiyinə görə vəzifəsindən istefa etməsini tələb edib. Ötən həftə Trump Flinnin bu davranışının qəbuledilməz adlandırıb.
Bazar günü prezident bu vəzifə üçün dörd namizədlə görüşüb. Ağ Ev bu namizədlərin MakMaster, müvəqqəti olaraq təhlküəsizlik məsələləri üzrə müşavir vəzifəsini icra edən təqaüdə çıxmış ordu generalı Kis Kelloq, ABŞ-ın keçmiş BMT nümayəndəsi Con Bolton və ABŞ-ın West Point Hərbi Akademiyasının rəhbəri general Robert Kaslenin olduğunu bildirib.
Flinni əvəz edəcək namizədini açıqlayan Trump eləcə də, Kelloqun Milli Təhlükəsizlik Şurasının kadrlar şöbəsinin sədri olacağını, Boltonun isə bir başqa vəzifəni icra edəcəyini deyib.
Bazar günü Trumpın baş qərargah rəisi bildirib ki, Milli Təhlükəsizlik Şurasının kadrlarla bağlı məsələlərin tam səlahiyyəti Trumpın milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsinə təyin etdiyi şəxsə həvalə olunacaq.
Ötən həftə Hərbi Dəniz Donanmasıının admiralı Robert Harvardın vəzifədən imtina etməsinə səbəbin də elə bu olduğu deyilir.
Harvard Trumpın Flinin istefasından sonra onu əvəzləmək üçün ilk seçimi idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun