Trumpla görüşən Trudeau: "Kanadalıların məndən gözlədiyi son şey..."

Trumpla görüşən Trudeau: "Kanadalıların məndən gözlədiyi son şey..."
14 Fevral 2017
Mətni dəyiş
Kanada Baş naziri Justin Trudeau Washington-da ABŞ prezidenti Donald Trump-ın qonağı olub.
Abzas.net xəbər verir ki, ikilinin ortaq mətbuat konfransında, "fərqliliklərə baxmayaraq əməkdaşlıq" vurğusu edilib. Trump immiqrantlarla əlaqədar proqramlarla bağlı, "Düzgün olmayan insanları ölkə daxilinə ala bilmərəm" açıqlamasını edib.
Trudeau, İngiltərə Baş naziri Theresa May və Yaponiya baş naziri Shinzo Abe-nin ardından ABŞ prezidenti Donald Trump-ın vəzifəyə gəldiyi gündən bu yana Ağ Evdə qəbul etdiyi üçüncü xarici lider olub.
Mətbuat konfransında danışan Trump, "Bu çətin zamanlarda, ittifaqımızı gücləndirmək hər zamankından daha əhəmiyyətlidir" deyib və İŞİD qarşısındakı səylərindən ötəri Kanadaya təşəkkür edib
"Terrorizm qarşısında birlikdə və eyni məqsəd uğrunda işə davam edəcəyik" deyə qeyd edən Trump, qarşılıqlı ticarət və ortaq inkişaf üçün əməkdaşlıqdan söz açıb.
Trump jurnalistlərin suallarını cavablandırarkən, qaçqın və immiqrasiya mövzusularında gördüyü işini tərifləyərək, "Yanlış insanların ölkə daxilinə girməsinə icazə verə bilmərik", - deyə bildirib.
Kanada Baş naziri Trudeau, "Cənub qonşumuzu ziyarət etdiyimiz bu gün, "yaxşı bir gün" olaraq xatırlanacaq" deyib. İki ölkənin hər mövzuda razılaşa bilmədiyini ifadə edən Trudeau, ölkələr arasındakı qarşılıqlı və dərin hörmətin sayəsində, qarışıq əlaqələrin idarə edilməsinin mümkün olduğunu və iki ölkənin möhkəm dost, müttəfiq olaraq qala bildiyini ifadə edib.
Trudeau, qaçqın problemi ilə əlaqədar olaraq isə bunları deyib "Kanadalıların məndən gözlədiyi son şey, bura gəlib, başqa bir ölkəyə özlərini necə idarə etməyi seçdikləri mövzusunda dərs verməyimdir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun