Türkiyəli baş məşqçi referenduma "hə" dediyi üçün komandadan qovulub

Türkiyəli baş məşqçi referenduma "hə" dediyi üçün komandadan qovulub
15 Fevral 2017
Mətni dəyiş
Bir neçə gün öncə referenduma "yox" dediyi üçün Kanal D-dən qovulan İrfan Değirmenci-nin ardından, bu dəfə referenduma "hə" deyən Alpay Özalan baş məşqçi postundan göndərilib.
Abzas.net xəbər verir ki, uğursuz nəticələrin ardından "Eskişehirspor"-dan göndərilən baş məşqçi Alpay Özalan referenduma "hə" dediyi üçün qovulduğunu bildirib.
Türkiyə 1-ci liqa komandalarından "Eskişehirspor"-un "Manisaspor"-a öz meydanında 5-1 məğlub olmasından sonra qovulan Özalan verdiyi açıqlamada belə deyib:
"Xüsusilə sosial şəbəkələrdə, mətbuatda deyildiyi və yazıldığı kimi uğursuz nəticələr səbəbi ilə klubdan qovulduğum düzgün deyil. Bunu hər kəs çox yaxşı bilir. Xüsusilə öz meydanımızda oynadığımız son Manisa matçından əvvəl lider olan komandanın baş məşqçinin adi bir məğlubiyyətlə göndərildiyi barədə çıxan xəbərlərə insanların inanmasına təəccüblə baxıram".
Alpay Özalan bildirib ki, referendumda tərəfini bəlli etdiyi üçün onunla yollar ayrılıb:"Bilirsiniz ki, ölkəmiz referendum müddətindən keçir. Hər kəs demokratik haqqını, bir fərd olaraq düşüncələrini söyləyir. Mən də söylədim, ancaq dediklərimdən sonra komandadan qovulduğumu bildirdilər".
Xatırladaq ki, bir neçə gün öncə Türkiyənin məşhur jurnalistlərindən olan İrfan Değirmenci referenduma "yox" dediyi üçün çalışdığı "Kanal D"-dən qovulmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun