ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfər edəcək

ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfər edəcək
17 Mart 2017
Mətni dəyiş
ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O, qeyd edib ki, ABŞ rəsmisinin səfəri martın 30-da baş tutacaq. Vaşinqtonun diplomatik rəsmiləri hələlik bu məlumata hər hansı açıqlama verməyiblər.
Türkiyə XİN rəhbəri "Habertürk TV"-ə müsahibəsində isə "ABŞ-ın dövlət katibi martın 30-da Türkiyəyə gəlmək istədiyini söylədi və mən də bunun uyğun vaxt olduğunu dedim. Əgər həmin gün baş nazirimiz Ankarada olsa, ABŞ-ın dövlət katibini qəbul edəcək" - deyə bildirib.
Yalnız ABŞ-ın "Al Monitor" saytı da R.Tillersonun Türkiyəyə səfər edəcəyini bildirib. Saytın məlumatına görə, Reks Tillerson Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla, habelə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun