ABŞ Rusiyanın 8 şirkətinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Rusiyanın 8 şirkətinə qarşı sanksiyalar tətbiq edib
26 Mart 2017
Mətni dəyiş
ABŞ Suriya, İran və KXDR-lə bağlı kütləvi qırğın silahlarının yayılmaması haqqında qanununa əsasən Rusiyanın 8 şirkətinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə Dövlət Departamentinin nümayəndəsi bildirib. “Sanksiyalar atılmış addımların mütəmadi qiymətləndirilməsi nəticəsində tətbiq edilib”. Diplomat həmçinin qeyd edib ki, bu sanksiyaların Krımla bağlı Rusiyaya qarşı 2014-cü ildən sonra tətbiq edilən geniş iqtisadi sanksiyalarla əlaqəsi yoxdur. Yeni sanksiya siyahısına “Rosoboroneksport”, “Aviaeksport”, “Bazalt” və “Maşınqayırma konstruktor bürosu” Elmi-İstehsalat Birlikləri, Marşal Buqayev adına Ulyanovsk Mülki Aviasiya İnstitutu, Ural Mülki Aviasiya Təlim Mərkəzi, Jukovski və Qaqarin adına Hərbi-Hava Akademiyası, 150-ci Aviasiya Təmir Zavodu daxildir. Sanksiyalara dair qərar martın 21-də qəbul edilib. Qərar martın 24-də elan edilib. Rusiya şirkətlərinin nədə ittiham olunması barədə məlumat verilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun