ABŞ xarici ölkələrə maliyyə yardımı azaldacaq

ABŞ xarici ölkələrə maliyyə yardımı azaldacaq
5 Mart 2017
Mətni dəyiş
Vaşinqton  xarici ölkələrə maliyyə yardımının həcmini azaltmağı planlaşdırır.
APA-nın məlumatına görə,  bu barədə Ağ Evin inzibati-büdcə idarəsinin direktoru  Mik Malveni bildirib.
“ABŞ-ın prioritet kursu olduqca aydındır: xaricdə xərclənən pulların azaldılması burada xərclənəcək pulları çoxaldacaq”, - deyə o qeyd edib.
Malveninin sözlərinə görə, bu cür addımlar müdafiə xərclərini 54 mlrd. dollara çatdırmağa imkan verəcək.
Bundan əvvəl Trump yeni büdcədə müdafiə xərclərinin 54 mlrd. dollaradək artırılmasını təklif edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun