Alparslan Türkeşin qızı referandumda nə deyəcəyini açıqlayıb

Alparslan Türkeşin qızı referandumda nə deyəcəyini açıqlayıb
26 Mart 2017
Mətni dəyiş
Türkiyənin müxalitə partiyası MHP-dən xaric edilən tanınmış siyasətçi Sinan Oğan 16 apreldə keçiriləcək referendumun nəticələrini milliyətçilərin müəyyənləşdirəcəyini deyib. 
Abzas.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sinan Oğan referendumla bağlı apardıqları kampaniyanın növbəti toplantısında Eskişerdə Alparslan Türkeşin qızı Çağrı Türkelə iştirak edib.
Sinan Oğan bildirib ki, türk milliyətçiləri bu ölkənin sığortasıdır və həmişə belə olacaq. Əlavə edib ki, bu gün sığorta işə düşüb.
Görüşdə çıxış edən Çağrı Türkeş referandumda yox deyəcəyini açıqlayıb. O, bildirib ki, ölkənin gələcəyi üçün, partiyalarının ayaqda qalmağı üçün ürəkdən yox deyirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun