Azərbaycan Formula 1 sahibinin tənqidindən təəccüblənib
15 Mart 2017
Mətni dəyiş
Formula-1 yarışının Azərbaycandakı təşkilatçısı olan Bakı Şəhər Halqası, Formula 1-in sahibi Liberty Medianın icraçı direktoru Greg Maffei-in Bakı yarışı barədə tənqidi bəyənatından təəccübləndiyini bildirir.
Bakı Şəhər Halqasının kommunikasıya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib:
"Biz çox təəccübləndik, çünki keçən ilki Grand Prix-ni çox böyük uğurla həyata keçirdik. Bunu tək biz söyləmirik, bunu Bakıda olan beynəlxalq mətbuat, həm də Beynəlxalq Avtomobil Federasiyasının nümayəndələri, həm də F1-in rəhbərliyi hamı qeyd etmişdi. Ona görə də belə bir bəyanatı Maffei-dən eşidəndə doğrusu təəccübləndik, çünki o özü şəxsən Liberty Medianın rəhbərliyidir, lakin F1-in əməliyyatlarına qarışan bir şəxs deyil".
Cənab Maffei-n hələ Bakıda olmadığını deyən sözçü keçən illə müqayisədə bilet satışlarında ciddi bir artım olduğunu vurğulayaraq əlavə edib ki, "buna görə əminik ki, əgər Greg Maffei və Liberty Medianın bütün rəhbərliyi iyunda olan Grand Prix zamanı Azərbaycana səfər etdiyi zaman onların fikirləri tamamilə dəyişəcək."
[caption id="attachment_28376" align="alignnone" width="624"] Azərbaycanı, yarışlardan təqvimi doldurmaq üçün istifadə etməkdə ittiham edib[/caption]
Ötən həftə baş tutan konfranslardan birində Liberty-n baş icraçı direktoru Greg Maffei Azərbaycanı, yarışlardan təqvimi doldurmaq üçün istifadə etməkdə ittiham edib.
O deyib ki, yeni yarışlara imza atmağın arxasında bunlar dayanır: "Daha nə qədər qazana bilərəm? İlkin ödəniş nə qədərdir? Və beləliklə, Azərbaycanın Bakı şəhəri kimi yerlərdə yarış üçün bizə böyük məbləğdə pul ödənir, lakin, onlar uzunmüddətli marka və sağlam biznes yaratmaq üçün heç bir şey etmirlər. İşimiz, yaxşı pul ödəyən partnyor tapmaqla yanaşı, həm də onların bizim məhsulu inkişaf etdirmək üçün köməyindən ibarətdir."