2 Mart 2017
Mətni dəyiş
Barselona klubunun baş məşqçisi Luis Enrique 3 il ərzində komandaya başçılıq etdikdən sonra vəzifəsini tərk edəcəyini bildirib.
Abzas.net xəbər verir ki, o, bu haqda qərarını La Liqanın son turunda "Sporting"ə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında açıqlayıb:
"Növbəti mövsumda mən Barselonanın məşqçisi olmayacağam, bu çətin və düşünülmüş qərardır".
Enrique vəzifədə daha 3 ay işləyəcəyəni bildirib. Komandaya 2014-cü ildə baş məşqçi təyin olunub. Klub onun rəhbərliyi altında iki ölkə çempionatı və bir ölkə kubokunun qalibi olub. Kataloniyalılar, həmçinin İspaniya Superkuboku, Çempionlar Liqası, UEFA Superkuboku və Dünya klub çempionatının qalibi olublar.