Bolqarıstan: Qərbpərəstlər qalib gəlir, türk partiyası da parlamentə düşür

Bolqarıstan: Qərbpərəstlər qalib gəlir, türk partiyası da parlamentə düşür
27 Mart 2017
Mətni dəyiş
Bolqarıstanda keçirilən parlament seçkilərində ilkin nəticələrə görə qərbyönümlü keçmiş baş nazir Boyko Borisovun partiyası qalib olub. Rusiya meyilli Sosialist Partiyası isə məğlubiyyətini etiraf edib.
Abzas.net xəbər verir ki, səslərin 26 faizinin sayılmasından sonra Borisovun GERB partiyası 33 faiz, Bolqarıstan Sosialist Partiyası isə 27 faiz səs toplayıb. Bu göstəricilər "Alpha Research" və "Gallup International Balkan" exit-poll təşkilatlarının rəqəmləri ilə oxşardır.
İlkin nəticələrə görə, Birləşmiş Millətçi Vətənpərvərlər Alyansı 9.7 faiz səs toplayıb. Etnik türklərin "Haqq və Azadlıqlar uğrunda Hərəkat" (The Movement for Rights and Freedoms) 6.4 faiz, "İradə" (Volya) Partiyası isə 4 faiz səs toplayıb.
Əgər yekun nəticələr belə olacaqsa, Borisov üçüncü kabinetini formalaşdırmaq mandatə əldə edəcək. Ancaq keçmiş baş nazirin kiçik partiyalarla koalisiyaya getməyə ehtiyacı olacaq.
[caption id="attachment_29256" align="alignnone" width="700"] Sofia, Bulgaria, March 26, 2017. REUTERS/Stoyan Nenov[/caption]
GERB-in Qərb və NATO ilə münasibətləri davam etdirəcəyi gözlənilir, amma sosialistlərin Moskva ilə daha yaxın əlaqədə olacağı güman edilirdi.
Sosialistlərin lideri Kornelia Ninova axşam saatlarında məğlubiyyətlərini etiraf edib. Ninova jurnalistlərə açıqlamasında GERB partiyasını qələbə münasibətilə təbrik edib və bildirib ki, əgər onlar hökuməti formalaşdırmaqda uğur qazanmasalar, onda sosialistlər Bolqarıstan hökumətini formalaşdırmağa cəhd edəcək.
Bolqarıstan prezidenti Rumen Radev yanvarın 24-də, yəni prezident səlahiyyətlərinin icrasına başladığı 2-ci gündə 43-cü çağırış Xalq Məclisinin (Parlament) yanvarın 27-də buraxılması barədə sərəncam imzalayıb.
Bolqarıstan parlamentinin 240 deputatı dörd il müddətinə seçilir. Seçicilərin 4 faizindən çoxunun səsini alan partiya parlamentdə təmsil olunmaq hüququ qazanır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun