Britaniya: baş nazir Brexitə start verən məktubu imzalayıb
29 Mart 2017
Mətni dəyiş
Theresa May Böyük Britaniyanın Avropa İttifaqından gedişini rəsmi surətdə başladacaq məktubu imzalayıb.
Lissabon Müqaviləsinin 50-ci maddəsi altında verilən rəsmi bildiriş Avropa Şurasının prezidenti Donald Tusk-a veriləcək.
İyun ayında Britaniya Avropa İttifaqını tərk etməklə nəticələnən referendum keçirib.
Xanım May-in məktubu çərşənbə günü Bakı vaxtilə saat 15:30-da Britaniyanın Aİ-dəki səfiri ser Tim Barrow tərəfindən cənab Tusk-a çatdırılacaq.
Nə baş verdi və verəcək?
29 mart, 2017-ci il - Britaniya 50-ci maddəni çağırır
29 aprel, 2017-ci il- Britaniyanın iştirakı olmadan 27 Aİ lideri sammit keçirərək Avropa Komissiyasına Britaniya ilə danışıqlar üçün mandat verir
May, 2017-ci il - Avropa Komissiyası danışıqlar təlimatını elan edəcək. Aİ, Aİ-Britaniya ticarət sövdələşməsinin gələcəkdə mümkün paralel danışıqları barədə nəsə deyə bilər
May/iyun, 2017-ci il - Danışıqlar başlayır
23 aprel və 7 may, 2017-ci il - Fransada parlament seçkiləri
24 sentyabr, 2017-ci il - Almaniyada parlament seçkiləri
Payız, 2017-ci il - Britaniya höküməti Aİ-dən çıxmaq üçün qanunvericilik təqdim edir
Oktyabr, 2018-ci il- Danışıqlar başa çatmalıdır
2018-ci ilin oktyabr və 2019-cu ilin mart ayları arası - Parlament, Avropa İttifaqı Şurası və AK mümkün müqavilələri səsverməyə qoyur
Mart, 2019-cu il - Britaniya rəsmi olaraq Aİ-dən çıxır