17 Mart 2017
                 
                
                    Mətni dəyiş
                    
                 
             
            
                
                    
Futbol üzr Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.
Abzas.net xəbər verir ki, 1/8 final mərhələsini adlayan İspaniyanın 3, Almaniyanın 2, İngiltərə, İtaliya və  Fransanın isə bir komandasının rəqibləri müəyyənləşib.
Püşkə əsasən yarışın son qalibi "Real" "Bavariya" ilə qarşılaşacaq. Finalçı "Atletiko" isə turnirin debütantı və İngiltərənin yeganə təmsilçisi "Lester"lə qarşılaşacaq.
Çempionlar Liqası
1/4 final mərhələsi
"Atletiko" (İspaniya) - "Lester" (İngiltərə)
"Borussiya" (Dortmund, Almaniya) - "Monako" (Fransa)
"Bavariya" (Almaniya) - "Real Madrid" (İspaniya)
"Yuventus" (İtaliya) - "Barselona" (İspaniya)
Adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər. 1/4 final mərhələsinin ilk matçları 11 - 12 apreldə, cavab qarşılaşmaları isə 18 -19 apreldə keçiriləcək.