Demokrat senator: Trump "tezliklə" istefa verəcək

Demokrat senator: Trump "tezliklə" istefa verəcək
29 Mart 2017
Mətni dəyiş
Demokratların ən qocaman senatoru, liderlərdən biri Dianne Feinstein Los-Ancelesdə prezident əleyhinə etirazlardan sonra Trump-la bağlı çıxış edib.
Senator təklif edir ki, prezident zorla öz yerindən edilməmiş, Konqres onu vəzifəsindən göndərsin. 83 yaşlı veteran siyasətçiyə dedilər, “biz bilir ki, o hər gün qanunları pozur”.
“Bu açıq-aydın görsənir ki, o Rusiya ilə iş birliyindədir. Onun etdiyi bir çox şey konstitusiyaya ziddir. Biz onu necə göndərə bilərik?”
Daha çox məlumata sahib olduğunu işarə edərək, Senat Hüquq Komitəsinin üzvü Dianne Feinstein cavab verib: “Bu məsələni təhlil edən çox adamımız var, mən fikirləşirəm ki, o tezliklə istefa verəcək”.
O, Trump-ın biznes imperiyası ətrafında potensial mənafe münaqişələri haqda danışıb, lakin bunların prezidenti impiçment etməyə kifayət edəcəyi haqda nəsə deməyib: “Mən bu dəqiqə heç nə deyə bilmərəm”.
Trump-ın oğulları Donald JR və Eric-in Dubaya yeni qolf klubunun açılışına getməsini işarə edərək, Dianne Feinstein deyib:
“Mən düşünürəm ki, öz şirkətinin maliyyə işlərini etmək üçün öz oğullarını başqa ölkəyə göndərir və bu hökümət xərcləri hesabına edilir, inanıram ki, bu xərclər qəbul edilməyəcək”.
“Biz indi bunu edəcək bir qanun layihəsi üzərində çalışırıq. Mənafə münaqişələri ilə bağlı bir neçə qanun layihəsi üzərində çalışırıq”.
Xanım Feinstein milyarder iş adamının öz xoşu ilə Ağ Evdən ayrılacağını iddia edən ilk adam deyil.
Solçu kinorejissor və sosial şərhçi Michael Moore da Trump-ın seçiləcəyini əvvəlcədən demişdi, lakin onun andiçmədən əvvəl işi buraxacağı iddiasında yanılmışdı.
1984-cü il ABŞ prezident seçkilərindən bəri bütün seçkilər haqda düzgün proqnoz verən və “professor proqnoz” ləqəbli Allan Litchmann da daxil olmaqla bir çoxları iddia edir ki, Trump hansısa bir nöqtədə impiçment ediləcək.
Richard Nixon ABŞ tarixində Watertage qalmaqalından əvvəl öz vəzifəsindən istefa etmiş yeganə ABŞ prezidentidir. Prezidentlər Andrew JohnsonBill Clinton Nümayəndələr Palatası tərəfindən impiçment edilmiş, lakin Senat tərəfindən bəraət verilib.
Tərcümə: Dadaş

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun