ABŞ prezidenti Donald Trump 57 ölkəyə hələ də səfir təyin etməyib.
“Report” xəbər verir ki, Birləşmiş Ştatların səfir təyin etmədiyi dövlət arasında Britaniya, Kanada, Yaponiya, Hindistan və Səudiyyə Ərəbistanı da var.
D.Trump bu il yanvarın 20-də ABŞ prezidenti vəzifəsinin icrasına başlayandan sonra ölkəsinin bir sıra dövlətlərdəki səfirlərini işdən çıxarıb. Məlumata görə, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin nümayəndələri səfir olmağa namizədlərlə bağlı məlumatlarda müəyyən problemlərin olduğunu bildiriblər.