Greg Maffei Azərbaycanı, yarışlardan təqvimi doldurmaq üçün istifadə etməkdə ittiham edib.
Formula 1-in sahibi, Liberty Medianın rəhbəri Azərbaycan Grand Prix-i barəsində ciddi tənqid yayaraq bildirib ki, ölkə "uzunmüddətli marka və sağlam biznes yaratmaq üçün heç bir şey etmir".
Ötən həftə baş tutan konfranslardan birində Liberty-n baş icraçı direktoru Greg Maffei Azərbaycanı, yarışlardan təqvimi doldurmaq üçün istifadə etməkdə ittiham edib.
O deyib ki, yeni yarışlara imza atmağın arxasında bunlar dayanır: "Daha nə qədər qazana bilərəm? İlkin ödəniş nə qədərdir? Və beləliklə, Azərbaycanın Bakı şəhəri kimi yerlərdə yarış üçün bizə böyük məbləğdə pul ödənir, lakin, onlar uzunmüddətli marka və sağlam biznes yaratmaq üçün heç bir şey etmirlər. İşimiz, yaxşı pul ödəyən partnyor tapmaqla yanaşı, həm də onların bizim məhsulu inkişaf etdirmək üçün köməyindən ibarətdir."
On milyonlarla dollar xərcləyən müştəri haqqında bu cür nüfuzlu şirkətin böyüyünün hörmətsiz ifadələr istifadə etməsi qeyri-adidir.
Azərbaycan Grand Prix-i üçün ilkin dəyərin 34 milyon dollar olduğu deyilir və bu, cənab Maffei-in sələfi Bernie Ecclestone-un həyata keçirdiyi fərasətli strategiya ilə idarə olunub.
Azərbaycanda Grand Prix
Azərbaycanda ilk Grand Prix paytaxt Bakının küçələrində keçən ilin iyun ayında baş tutub və yarışı Mercedes sürücüsü Nico Rosberg qazanıb.
O, eyni zamanda 2016-cı il yarışlarının da qalibi olub. Yarışda heç bir ciddi insident qeydə alınmayıb və Rosberg ilə yanaşı, digər sürücülər də şəhəri tərifləyərək "mükəmməl gün, mükəmməl həftəsonu oldu. Bizi bu cür qarşıladığı üçün Bakıdakı hər kəsə minnətdarıq. Hər şey çox gözəl idi. Əla yarış yolu salınıb. Həqiqətən həyəcanlı yarış oldu" deyiblər.
İkinci yeri tutan Ferrari sürücüsü Sebastian Vettel əlavə edib: "Əla yarış yolu salınıb, bizim üçün böyük həzz və gözəl qarşılanma oldu. Düşünürəm ki, halqa mükəmməl idi."
Azərbaycan, Haas komandasında 13-cü yeri tutan Romain Grosjean-də yaxşı təəssüratlar yaradıb: "Mən şəhərin, xüsusilə də, qədim hissəsinin gözəlliyindən yaxşı mənada təəccübləndim. Halqanı ayrıca qeyd etmək də təqdirəlayiq olar. O, mürəkkəb, sürətli və keçilməsi çətin salınıb."
Bakıda keçirilmiş Grand Prix qalibi Nico Rosberg Bakını tərifləyib: "Hər şey çox gözəl idi. Əla yarış yolu salınıb"
Buna baxmayaraq, 18.500 bilet çap olunmuşdu. Soçidə baş tutan Rusiya Grand Prix-də yarış günü 60.000 insan olduğunu nəzərə alsaq, rəqəm çox aşağı sayılır.
Oğlu Arifin Grand Prix-in təşkilatçısı olduğu Gənclər və İdman naziri Azad Rəhimova əsasən, Azərbaycan, bilet satışına 2 milyon manat sərf edib və ümumi xərc 100 milyon manata çatıb.
Bilet satışı
Biletlərin 30 faizi xarici alıcılara satılıb, amma, bu ilki rəqəmlər ondan artıqdır. Bakı Şəhər Halqasının marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin keçən ay söylədiyinə əsasən, bu il iyunun 25-i baş tutacaq yarışın biletləri artıq 40-dan artıq ölkə üzrə satılıb.
2016-cı ildə Bakıdakı F1 ilə tarixi 24 saatlıq yarış - Le Mans üst-üstə düşmüşdü və eyni hal bu il yaşanmayacağından, ziyarətçi sayını çox olacağı gözlənilir.
Bakı ilə F1 müqaviləsi beş illik fasilə ilə 10 illik imzalanıb və keçən ay Arif Rəhimov bildirib ki, bu artıq öz bəhrəsini verməyə başlayıb, belə ki, "2016-cı ilin ilk yarısında Azərbaycana olan turist axını 20 dəfə artıb". Maffei isə bunun F1 üçün kifayət göstərici olmadığını deyib.
"İşimiz, yaxşı pul ödəyən partnyor tapmaqla yanaşı, həm də onların bizə məhsulu inkişaf etdirmək üçün köməyindən ibarətdir. Yaxşı təcrübə tətbiq etmək isə bizim üzərimizə düşür. Bəzi yarışlar ən həyəcanlılardan hesab olunur: Abu Dabi, Sinqapur gecə yarışı, Mexiko. Bu yarışlarda yaxşı gedən nədir? Biz, daha az uğur qazanan şəhərlərdəki təbliğatçılar ilə yaxşıların təcrübəsini paylaşmalıyıq.
"Bunlar həqiqətdir. Kömək etmək, həm bizim öhdəmizə düşür, lakin, həm də söhbət yeni qoşulanın tanınmasından gedir, bu barədə onların deyəcəyi ilk söz 'Mən ki, çox pul ödəyirəm' olacaq. Bu bir az səs-küyə səbəb olacaq, fəqət, biz, söz-söhbəti yatırmaq və onlara kömək etmək üzərində işləyirik."
Liberty nədir?
Liberty-nin adı, New York Nasdaq birja mübadiləsi siyahısına daxildir və Atlanta Braves beysbol komandası, eləcə də Time Warner və Viacom media şirkətlərində pay sahibidir. F1 onun ən yüksək nüfuzlu biznesidir və onu almaq üçün yanvarda CVC özəl kapital şirkətinə 8 milyard dollar ödəyib.
Təhvildən keçən bir neçə gün ərzində Liberty, F1-ə 40 ildən bəri rəhbərlik edən və 2014-cü ildə Azərbaycan Grand Prix-i ilə müqavilə imzalayan Bernie Ecclestone-u, 21st Century Fox-un sədr müavini Chase Carey ilə əvəzləyib. Liberty-n baş icraçı direktoru Greg Maffei isə F1-in sədr müavini təyin olunub.
Onlar F1-in Avropadakı ənənəvi yarışlarını qorumaq və Birləşmiş Ştatlarda yenilərini keçirmək öhdəliyi götürüblər.
Təqvimdə maksimum 25 yer mövcuddur və Ecclestone, inkişaf etməkdə olan hökumətlərin bazarlarının tender iştirakına xüsusi təkan vermişdi. Onlar Grand Prix-ə ev sahibliyi edən ölkədə F1 izləyən 390 milyon azarkeşdən turist sayını artırmaq üçün istifadə edirlər.
Bu şəhərin adını, idman xəritəsində Monakodan tutmuş 2017-ci il sezonunun iki həftə sonra açılışının baş tutacağı Melburna kimi inkişaf etmiş ölkələrlə eyni sıraya qoyur.
Əvəzində isə F1-i inkişaf etməkdə olan bazarlara daşımaqla yeni azarkeşlər yaranmağa başlayır, amma, ənənəvi yerlərin iştirak etməməsinə görə tənqid obyektinə çevrilir. Məsələn, bu il yarışlar Fransa və Almaniyada keçirilməyəcək.