Fransa seçkiləri ilə bağlı hər şey - prezident seçkisi yaxınlaşır [infoqrafika]
15 Mart 2017
Mətni dəyiş
Fransada mart ayında növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərinin birinci turu aprel 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək. Son dövrlər bir çox ölkələrdə ifrat sağçıların aktivləşdiyi vaxtda əsas Avropa ölkələrində baş tutacaq seçkilərə xüsusi diqqət yaranıb.
Bloomberg agentliyi Fransadakı seçkilərlə bağlı yazı dərc edib. Seçkilər necə keçirilir, prezident və parlament hansı səlahiyyətlərə malikdir, ifrat sağçılar və digər maraqlı məlumatları təqdim edib.
Seçicilər əksər ölkələrdə öz liderlərini bir dəfə səs verməklə seçirlər. Fransanın onilliklər ərzində ən əhəmiyyətli seçkisində seçicilər 4 dəfə səs verməli olacaqlar.
Mayda baş tutacaq iki-mərhələli prezident seçkisi ölkənin istiqamətini tamamilə müəyyən etməyəcək. Yeni qanunverici hakimiyyət iyunda baş tutacaq digər iki mərhələdən sonra seçiləcək. Yalnız bundan sonra Fransanın hara gedəcəyinin tam şəklini müəyyən etmək olar.
İnvestorlar milliyətçi Marine Le Pen-in Fransanı avro zonadan çıxaracaq referendum vədləri ilə seçki prosesinə və növbəti ölkə rəhbərliyinin konstitusiya dəyişikliklərinə kökləniblər.
"Paris 2 University Pantheon-Assas" universitetinin konstitusiya hüququ üzrə professoru Armed Le Divellec deyir ki, “yeni prezidentin gücünü müəyyən etmək üçün hər 4 seçkini müşahidə etmək lazımdır”.
Professor bildirir ki, klassik ssenariyə əsasən prezident Milli Məclisin əksər yerlərini qazanır. Əgər bu baş verməzsə, stabillik hər kəsin birlikdə işləmək qabiliyyətindən asılı olacaq.
Prezident necə seçilir?
Seçicilər ölkə prezidentini hər beş ildən bir bərabər hüquqlu səslərlə müəyyən edirlər. Qanun göstərir ki, namizəd birinci səsvermədə qalib gələ bilər. Təcrübələr isə göstərir ki, həmişə iki həftədən sonra ikinci səsverməyə gedilir. Bu il prezident seçkisi 23 aprel və 7 mayda baş tutacaq. Seçki məntəqələri yerli vaxtla axşam saat 7 və 8 arası bağlanır, nəticələr isə adətən gecə yarısından əvvəl müəyyən olur.
Birinci mərhələdə qalib olan həmişə sonda seçilirmi?
Xeyr. 1965-ci ildən bəri 8 seçkidən beşində birinci mərhələnin qalibi ümumi seçkilərin də qalibi olub. 1974, 1981 və 1995-ci ildəki seçkilərdə isə, birinci mərhələdə ikinci yer tutan namizəd ümumi seçkilərin qalibi olub.
Parlament necə formalaşır?
Fransızlar Milli Məclisi, yəni parlamentin aşağı palatasını seçmək üçün iyunun 11-i, 18-i seçkilərə qayıdırlar və 577 seçki dairəsindən öz nümayəndələrini seçirlər. Əgər prezidentin partiyası qalib olarsa, əsas güclər prezidentin ətrafında cəmləşir. Yox, əgər müxalifət üstünlüyü ələ alarsa, onlar idarə edirlər və prezident onlarla yola getməlidir. Bu təcrübə “birgə yaşayış” adlanır. Əgər hər hansı bir üstünlük olmazsa, prezident birlik yaratmaq üçün hərəkət edə bilər.
Milli Məclis parlamentin iki palatasından ən çox gücə malik olanıdır. Milli Məclis büdcə təsdiqində son sözü deyir, güvənsizlik səsi alan hakimiyyəti devirə bilir və Senatla birlikdə referendumu qəbul və ya blok edə bilir. İyundakı seçkilərdə meydana çıxacaq üstünlük prezidentin həqiqi gücünü də müəyyən edəcək.
Ölkəni kim idarə edəcək?
Fransanın idarəetmə zirvəsində güclər balansı var. Prezidentin idarəetmə yetkisi var, lakin kim ki, qanunları və büdcə xərcləmələrini qəbul etdirmək istəyir, baş nazir və kabinetin razılığı olmadan bunu edə bilməz.
Le Pen qalib gələrsə, parlamenti də o idarə edəcək?
Əminliklə demək olmaz. Le Pen-in Milli Cəbhəsinin parlamentdə iki yeri var və koalisiya formalaşdıra biləcək kimləsə birlik elan etməyib. Öncüllərdən Emmanuel Macron-un da üstünlük əldə etmək üçün az şansı var.
Prezident özbaşına referendum qərarı verə bilərmi?
Çətin sualdır. Konstitusiya yox deyir.
1958-ci il Konstitusiyasının 11 və 89-cu maddələrinə əsasən, prezident referendum keçirmək üçün ya baş nazirin ya da parlamentin hər iki palatasının razılığını almalıdır. Hal-hazırda sağ-mərkəz Respublikaçıların Senatda üstünlüyü var.
Le Pen-in dəstəkçiləri 1962-ci ildə baş vermiş bir hadisəni nümunə göstərirlər. Dönəmin prezidenti Charles de Gaulle prezident səs verməsini referendum səsverməsinə çıxarmaq üçün parlamentdən yan keçmişdi. Baş nazirin və kabinetin razlığına baxmayaraq De Gaullen-un bu qərarı konstitusiya böhranına gətirmişdi.
Le Divellec-ə görə, referndumla bağlı konstitusiyada boşluq var. May ayında yeni prezidentin andiçməsi və iyul ayında yeni parlamentin seçilməsi aralığında, prezident müvəqqəti baş nazir təyin edir və kabineti formalaşdırmaq üçün ona yetki verir. Bu keçici dövrdə, prezident referendum istəyə bilər, köhnə məclis debatlar üçün geri çağrılır, lakin onların veto gücü yoxdur. Yenə də iki aylıq bir dönəm, başqa bir seçkini təşkil etmək üçün çox qısadır.