11 Mart 2017
Mətni dəyiş
Hollandiya höküməti Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlunun Rotterdama eniş icazəsini ləğv edib.
Abzas.net NTV-yə istinadən xəbər verir ki, bu gün Rotterdama səfər edəcəyini gözlənilən Çavuşoğluna bu barədə Hollandiya hökümətindən bildirilib.
Rotterdam bələdiyyəsinin sədri Ahmed Ebu-Talep Türkiyədə keçiriləcək referendum üçün kampaniya aparılmasına icazə verilmədiyini bildirib.
Qeyd edək ki, Mevlüt Çavuşoğlu Hollandiya hökümətinin onu ölkəyə buraxmayacağı təqdirdə sərt cavab veriləcəyini demişdi.