30 Mart 2017
Mətni dəyiş
“IV İslam Həmrəyliyi Oyunlarına gələcək ölkələrin nəqliyyat xərclərini Azərbaycan tərəfi ödəməyəcək”.
"Report"un məlumatına görə, bunu IV İslam Həmrəyliyi Oyunlarının əməliyyatlar üzrə baş direktoru Mayk Loynd "Azərbaycan Hava Yolları" QSC (AZAL) ilə tərəfdaşlığa dair sazişin imzalanma mərasimində deyib.
O bildirib ki, iştirakçı ölkələrin əksəriyyəti səfər xərclərini özləri ödəyəcəklər: "Bir neçə ölkənin müəyyən dəstəyə ehtiyacı yarana bilər. Bunu isə beynəlxalq donor qurumlar ödəyəcəklər. Azərbaycan tərəfinin heç bir məsuliyyəti olmayacaq".
AZAL-ın vitse-prezidenti Eldar Hacıyev isə deyib ki, anlaşmaya əsasən, iştirakçı ölkələr AZAL-ın bütün infrastrukturundan istifadə edə biləcəklər.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda Bakıda keçiriləcək.