4 Mart 2017
Mətni dəyiş
Almaniyanın avtomobil nəhəngi Mercedes-Benz, ABŞ-dakı 354 min avtomobilini geri çağırdığını açıqlayıb.
"Marja"nın məlumatına görə, şirkətdən bildiriblər ki, ABŞ-dakı bəzi modellərin mühərrikində problem var və bunun mühərrik hissələrində ərimə və ya alovlanmaya səbəb ola biləcəyi qeyd olunub.
ABŞ-da geri çağırılan 354 min avtomobilin arasında Mercedes-in 2015-2017-ci illərdə istehsal olunmuş C-Class, E-Class, CLA və bəzi GLA, GLC SUV modelləri var.
Şirkət, detal dəyişikliyinin yerli dilerlər tərəfindən ediləcəyini bildirib.