Rusiyanın Amerika seçkilərinə müdaxiləsini araşdırmaq qərarı verilib

Rusiyanın Amerika seçkilərinə müdaxiləsini araşdırmaq qərarı verilib
2 Mart 2017
Mətni dəyiş
ABŞ-da Konqresin respublikaçı və demokratlardan ibarət komitəsi ABŞ prezidenti Donald Trampın kampaniyası zamanı Rusiya ilə əlaqələrin təhqiqata cəlb olunması qərarı verib.
Nümayəndələr Palatasının kəşfiyyat işləri üzrə məsul heyəti Rusiyanın 2016-cı ildəki seçkilərə müdaxilə edib-etmədiyini araşdıracaq. Respublikaçılar indiyə qədər demokratların istintaq tələbinə könülsüz yanaşırdı. Başqa bir tərəfdən də, Ədliyyə naziri Jeff Sessionsın Trampın kampaniyası zamanı Rusiyanın ABŞ səfiri Sergey Kislyak ilə iki dəfə görüşdüyü ortaya çıxdı. Trampın kampaniyası zamanı senator olan Sessionsa, Senatda Ədliyyə naziri olaraq təyinatının təsdiqlənməsi prosesində də Rusiya ilə əlaqəsi olub-olmadığı barədə sual verilmişdi. Ancaq Sessions bu heç bir rus səlahiyyətlisi ilə əlaqə qurmadığını demişdi.
Bundan sonra da Nümayəndələr Palatasının demokrat lideri Nancy Pelosi “and içərkən yalan söyləyən” Sessionsın istefa verməsini tələb etdi.
CIA (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) və digər kəşfiyyat xidmətləri Rusiyanın Trampın seçilməsi və rəqibi Hillari Klintonun gücünün azalması üçün Amerika seçkilərinə müdaxilə etdiyini göstərir. Ancaq sual yaradan məqam Tramp və qrupunun bundan nə qədər xəbərdar olub-olmadığı nöqtəsində ortaya çıxır. Tramp qrupunun kampaniyası zamanı Rus səlahiyyətlilər ilə əlaqədə olduğu iddialarını rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun