29 Mart 2017
Mətni dəyiş
Şotlandiya parlamenti üzvlərinin əksəriyyəti yeni müstəqillik referendumunun keçirilməsi barədə qərarı dəstəkləyib.
Yeni referendum 2018-ci ilin payızı və 2019-cu ilin baharında keçirilməlidir.
Şotlandiya Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına gətirən referendumun nəticələrindən narazıdır.
Qanunvericiliyə görə, referendum keçirilməsi barədə qərar parlamentdə təsdiqləndikdən sonra o, Britaniya hökümətinə təqdim edilə bilər.
Britaniya höküməti bundan öncə bildirib ki, "Brexit"lə əlaqədar Şotlandiyada yeni referendum cəhdlərini məhdudlaşdıracaq.
Bundan əvvəl, 2014-cü ilin sentyabrında Şotlandiya müstəqillik referendumu keçirib. Həmin vaxt 55.3 faiz şotland Birləşmiş Krallığın tərkibindən çıxmaq istəməyib.