Ukrayna vətəndaşları üçün vizasız rejim tətbiq edilməsinə icazə verildi

Ukrayna vətəndaşları üçün vizasız rejim tətbiq edilməsinə icazə verildi
3 Mart 2017
Mətni dəyiş
Avropa İttifaqı Şurası Ukrayna vətəndaşları üçün viza rejiminin ləğv edilməsinə razılıq verib. Bu barədə qurumun saytında bildirilib.
“2017-ci ilin martın 2-də Aİ ölkələrinin səfirləri Ukrayna vətəndaşları üçün viza rejiminin liberallaşdırılmasına dair 28 fevral tarixli qeyri-formal razılaşmanı Şura adından təsdiqləyiblər”, - deyə məlumatda bildirilir.
Saziş  Ukrayna vətəndaşlarına Aİ ölkələrinə yarım il dövründə 90 gündən çox olmayan müddətə səfər etməyə icazə verir.
Razılaşma səsverməyə çıxarılması üçün Avropa Parlamentinə təqdim edilib.
Fevralın 28-də Avropa Parlamenti və Aİ Şurasının nümayəndələri Ukrayna vətəndaşları üçün viza rejiminin ləğv edilməsini razılaşdırıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun