Zaxarova: “Sabiq deputat Denis Voronenkovun qətli Moskvanı şoka salıb”

Zaxarova: “Sabiq deputat Denis Voronenkovun qətli Moskvanı şoka salıb”
24 Mart 2017
Mətni dəyiş
“Moskva Rusiya Dövlət Dumasının eks deputatı Denis Voronenkovun qətlinə görə şokdadır”. APA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqə bildirib. "Deməyə əsas var ki, bu sifarişli aksiyadır. Ümid edirik ki, bu qətlin təhqiqatı siyasiləşdirilmədən və obyektiv məlumatlar əsasında aparılacaq", - deyə o vurğulayıb. Rusiya XİN rəsmisi Ukrayna prezidenti Pyotr Poroşenkonun D.Voronenkovun qətli ilə bağlı bəyanatını da şərh edib:
"Ukrayna prezidenti Pyotr Poroşenkonun Kiyevdə Dumanın eks-deputatı Denis Voronenkovun qətli ilə bağlı bəyanatından sonra Moskvanın şübhəsi yoxdur ki, Kiyev əlindən gələni edəcək ki, heç kim bu qətl barədə heç vaxt həqiqəti bilməsin".
Bundan əvvəl P.Poroşenko D. Voronenkonun qətlini Rusiya tərəfindən edilmiş dövlət terror aktı adlandırıb. D.Voronenkov Kiyevdə gülələnib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun