3 Aprel 2017
Mətni dəyiş
Ermənistan Mərkəzi Seçki Komissiyası 2009 məntəqəsinin hamısında seçki bülletenlərini sayıb.
"Report" xəbər verir ki, Ermənistanın hakim Respublikaçılar Partiyasına seçkidə iştirak edən seçicilərin 49,12 faizi səs verib.
Qanunverici orqanda yer almaq üçün partiyalar 5, partiya blokları isə 7 faizlik həddi aşmalıdırlar.
Məlumata görə, siyasi partiya və bloklara verilən səslərin yekunu aşağıdakı kimidir:
"Tsarukyan" bloku - 27,32 faiz (428 965 səs), "Çıxış" bloku - 7,77 faiz (122 049), “Daşnaksütyun” Partiyası 6,57 faiz (103 173), "Erməni dirçəlişi" Partiyası - 3,71 faiz (58 277), "Ohanyan-Raffi-Oskanyan" bloku - 2,7 faiz (32 504), “Ermənistan Xalq Partiyası - Konqres” bloku - 1,65 faiz (25 975), "Azad demokratlar" Partiyası - 0,94 faiz (14 746), Ermənistan Kommunist Partiyası - 0,75 faiz (11 745 )
Aprelin 2-də Ermənistanda parlament seçkiləri keçirilib. Seçkilərdə beş partiya və dörd partiya bloku iştirak edib.
Qeyd edək ki, yekun nəticələr açıqlandıqdan altı gün sonra parlamentdə sabit əksəriyyəti (yerlərin 54%-i) yaratmaq mümkün olmasa, seçkilərdən sonrakı 28-ci gün ilk mərhələdə ən çox səs yığmış 2 partiya arasında ikinci turun səsverməsi keçiriləcək. Seçkilərin yekun nəticələri səsvermə prosesi başa çatandan sonra bir həftə ərzində açıqlanacaq.