"ABŞ güclü Səudiyyə Ərəbistanı görmək istəyir"

"ABŞ güclü Səudiyyə Ərəbistanı görmək istəyir"
20 Aprel 2017
Mətni dəyiş
ABŞ müdafiə naziri James Mattis Səudiyyə Ərəbistanının paytaxtında dövlət rəsmiləri ilə görüşüb.
Abzas.net xəbər verir ki, ABŞ prezidenti Donald Trump-ın ölkəni ziyarət edə biləcəyini deyən Mattis, güclü Səudiyyə Ərəbistanının ABŞ-ın mənfəətinə olduğunu vurğulayıb.
Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Səlman ilə görüşən Mattis, Səudiyyə ordusunun və gizli xidmətlərinin fəaliyyətlərini tərifləyib.
Mattis, "Bu gün burada Trump-ın Səudiyyə Ərəbistanına gəlməsi ehtimalına qapı açmaq üçün edə biləcəyimiz hər şeyi edirik", - deyə bildirib.
Qeyd edək ki, ABŞ generalı Mattis İraqın 2003-cü ildəki işğalı əsnasında ABŞ qüvvələrini idarə etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun