9 Aprel 2017
Mətni dəyiş
ABŞ ordusu hərbi-dəniz donanmasının zərbə qrupunu Koreya yarımadasına yollayıb. Bu arada Şimali Koreyanın raket proqramı barədə narahatlıqlar artır.
Carl Vinson Zərbə Qrupu aviadaşıyıcıdan və digər hərbi gəmilərdən ibarətdir.
ABŞ Sakit Okeanı Komandirliyi bu yerləşməni təsvir edərək deyib ki, regionda hazırlığı qorumaq üçün tədbirli bir addımdır.
Prezident Donald Trump deyib ki, ABŞ tək olsa da Şimali Koreyanın nüvə təhlükəsi ilə bağlı tədbirlər görməyə hazırdır.
"Ehtiyatsız, məsuliyyətsiz və sabitliyi pozan raket sınaqlarına və nüvə silahı imkanı əldə etmək cəhdləri ilə bağlı proqramına görə Şimali Koreya regionda bir-nömrəli təhlükə olaraq qalır", ABŞ Sakit Okeanı Komandirliyinin sözçüsü Dave Benham deyib.